Koronavirusa görə iflic olan gənc qıza evlənmə təklif etdi və sağaldı - FOTO

Koronavirusa görə iflic olan gənc qıza evlənmə təklif etdi və sağaldı - FOTO
18:37 21 Aprel 2020
287 Dünya
Ölkə mətbuatı
A- A+

İngiltərənin Dartford şəhərində koronavirusa görə iflic olan rentgenoloq Pol Skeqq möcüzəvi şəkildə sağalıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Pol Skeqq aprelin 3-də COVID-19-a yoluxma ilə əlaqədar xəstəxanaya düşüb. Xəstəlik zamanı onda "Giyen-Barre sindromu" (süst iflicə səbəb olan xəstəlik) inkişaf edib. Nəticədə tibb işçisi tamamilə iflic olub.

Reanimasiyada 11 gün keçirdikdən sonra P.Skeqq "FaceTime" ilə sevgilisinə zəng vurub və evlənmə təklifi edib. Qız sevincək razılığını bildirib.

P.Skeqq artıq tam sağalıb. Həkimlər onun bu tezliklə ayağa qalxmasını əsl möcüzə adlandırıblar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/843900.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR