Aclıqla üzləşən insanların sayı iki dəfə arta bilər

Aclıqla üzləşən insanların sayı iki dəfə arta bilər
18:42 21 Aprel 2020
283 Dünya
Ölkə mətbuatı
A- A+

Koronavirus pandemiyası ilə əlaqədar ərzaq çatışmazlığı ilə üzləşən insanların sayı bu il 265 milyon nəfərədək çata bilər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Ərzaq Proqramının hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, aclığın qarşısının alınması üçün indidən ciddi tədbirlər görülməlidir.

Ötən il dünyada ərzaq qıtlığı ilə üzləşən insanların sayı 135 milyon nəfər olub.

Qeyd edək ki, bu günədək dünyada 2,4 milyondan çox şəxs koronavirusa yoluxub, 170 minə yaxın xəstə ölüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/843953.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR