Övladlığagötürmə üçün distant təlimlər keçirilir - FOTO

Övladlığagötürmə üçün distant təlimlər keçirilir - FOTO
18:53 21 Aprel 2020
202 Ölkə
Ölkə mətbuatı
A- A+

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və DOST Agentliyinin övladlığagötürmə fəaliyyəti sahəsi üzrə məsul əməkdaşları üçün distant təlimlərə başlanıb.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, təlimlərdə məqsəd övladlığa götürülmüş uşaqların ailələrdəki vəziyyətinin, inkişaf səviyyəsinin öyrənilməsi məqsədilə pandemiya şəraitində distant (telefon, video zəng və.s) formada monitorinqlərin aparılması, pandemiya ilə bağlı onların valideynlərinin maarifləndirilməsi ilə bağlı əməkdaşların bilik və bacarıqların artırılmasıdır.

Aprel-may ayları ərzində davam edəcək təlimlər UNİCEF-in dəstəyi ilə təşkil edilib. Təlimləri UNİCEF-in beynəlxalq məsləhətçisi, övladlığagötürmə sahəsində yüksək ixtisaslı britaniyalı mütəxəssis Hugh Salmon aparır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/311476.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR