Learjet 75 Liberty - Bombardier-nin biznes-cetə yeni baxışı - FOTO

Learjet 75 Liberty - Bombardier-nin biznes-cetə yeni baxışı - FOTO
21:05 21 Aprel 2020
226 Maraqlı
Ölkə mətbuatı
A- A+

Kanadanın biznes-cet istehsalçısı olan Bombardier şirkəti Learjet 75 Liberty modelini təqdim edib.

Əməliyyat xərcləri baxımından iqtisadi cəhətdən rəqabətədavamlı olan bu yenidən hazırlanmış təyyarə, Part.23 seqmenti üçün sertifikatlaşdırılmış yüngül təyyarələrlə müqayisədə, satınalma zamanı rəqabətli xərclərə sahib olacaqdır.  Orijinal Learjet ilə müqayisədə, Liberty daha az sərnişin yerinə və opsiyalar sahib olsa da, məhsuldarlığı qorunmaqla bərabər, təxminən 3 milyon dollara qənaət etməyə imkan verəcəkdir.

Milli.Az autograph.az-a istinadən bildirir ki, Bombardier, aşağı qiymətin son beş ildə satışları davamlı olaraq azalan Viçitada inşa edilmiş təyyarələr üçün, yeni bir alıcı seqmentinin yaranmasına səbəb olacağına ümid edir. GAMA-nın məlumatına görə, keçən il cəmi 12 Learjet təyyarəsi yığılıb.

9.9 milyon dollar qarşılığında Liberty, ön hissədə, iki qatlanan ottoman və masalarla əvəzlənmiş iki yeri (cəmi altı oturacaq) itirir. Bununla belə, ön hissədə qalan iki yer, sürüşdürülən qapı vasitəsi ilə kabinadan təcrid edilən lyuks məkana çevrilir. Arxa kayutada qalan dörd oturacaq isə klub konfiqurasiyasında yerləşdirilib. Siz nəinki daha sürətli və daha uzağa uçan, eyni zamanda ən böyük qonaq salonuna sahib olan yüngül reaktiv təyyarəni almış olursunuz.

Şirkətdən verilən məlumata görə, Learjet 75 üçün standart olan təchizat, Liberty üçün opsiya olacaqdır: məsələn, köməkçi güc qurğusu və xarici işıqlandırma. "Belə çevik yanaşma, bizə Part 23 seqmentindəki yüngül təyyarələrlə birbaşa rəqabət aparmaq üçün, qiymət diapazonuna daxil olmaq imkanı verir", - Bombardier şirkətindən bildiriblər. Eyni zamanda, şirkət nümayəndələri Liberty-nin Part 23 sertifikatını saxlayacağını da qeyd ediblər.

Learjet 75 Liberty təyyarəsində cari və gələcək istismar tələblərinə cavab verən, uçuş məsafəsini artıran, pilotun işini asanlaşdıran və təhlükəsizliyi yüksəldən qabaqcıl texnologiyaları özündə cəmləyən ən yaxşı kokpit quraşdırlmışdır.

Liberty, əslində əvvəlki Learjet 75 modelini əvəz edir. Learjet 75 almaq istəyən müştərilər, Liberty-ni opsional avadanlıq və səkkizyerli salon ilə sifariş edə bilərlər.

Təyyarə 15,545 metrlik maksimum uçuş yüksəkliyini və 839 km/saat sürət həddini saxlasa da, onun uçuş məsafəsi 3.852 kilometrə qədər artırılıb. Bundan başqa, Liberty paketinə, bu yaxınlarda elan edilmiş Garmin G5000 avionika yeniləməsi, həmçinin simsiz Gogo ATG 4G həlli olan Bombardier Vision avionikası daxil edilib. Təyyarənin müştərilərə çatdırılmasına bu il başlamalıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/843635.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR