Samsung, aprel ayında smartfon istehsalını iki dəfə azaltdığını bildirdi

Samsung, aprel ayında smartfon istehsalını iki dəfə azaltdığını bildirdi
21:12 21 Aprel 2020
209 Maraqlı
Ölkə mətbuatı
A- A+

Dünyaya təsir edən COVID-19 bütün sektorlar kimi ağıllı telefon sektoruna da təsir göstərir. Cənubi Koreyanın texnologiya nəhəngi Samsung'un, smartfonlara tələbatın azalmasından sonra aprel ayında istehsalını yarıya endirdiyini bildirildi.

Cənubi Koreyada yerləşən Elec saytına görə Samsung bu ay yalnız 10 milyon smartfon istehsal edəcək. Bu, orta hesabla ayda 25 milyon ədəd istehsal edən şirkətin aprel ayında istehsal gücünün yarıdan çoxunu azaltması deməkdir.

Qlobal smartfonlar bazarının lideri olan Samsung ümumiyyətlə hər il 300 milyondan çox smartfon istehsal edir, lakin bu say 2020-ci ildə bu günə qədər 2 milyondan çox insana yoluxmuş koronavirusun yeni növü (COVID-19) səbəbindən görülən ciddi tədbirlərin təzahürü olaraq əhəmiyyətli dərəcədə düşəcək.

Hesabatda Cənubi Koreyanın texnologiya nəhəngi, Braziliya və Hindistandakı smartfon fabriklərini bağladığını bildirildi. Buna görə Samsung'un, xüsusilə də qarşıdakı iqtisadi tənəzzülü nəzərə alaraq daha çox smartfon istehsal etməməsi məntiqli görünür.

Samsung ümumiyyətlə birinci rübdə çoxlu sayda smartfon istehsal edir və sonra tədricən tələbata uyğun olaraq istehsalını azaldır. Bir sözlə, artıq aprel ayında ümumilikdə daha az smartfon istehsal edir, lakin 2020-ci ilin aprel ayında istehsal əvvəlki illərlə müqayisədə xeyli aşağı olacaq.

Smartfonlara tələbatın ilin ikinci rübündə enəcəyi, üçüncü rübdə isə artacağı gözlənilir.

Hindistan hökuməti, COVID-19 hadisələrinin artmasından sonra ölkənin karantinini daha üç həftə uzatdı. Bundan əlavə, Braziliyada yoluxmuş xəstələrin sayı günbəgün artır. Buna görə Samsung'un hər iki ölkədəki fabrikləri uzun müddət bağlı qalacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/843223.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR