"Kurtlar Vadisi"nin məşhur aktyoru VƏFAT ETDİ - FOTOLAR

"Kurtlar Vadisi"nin məşhur aktyoru VƏFAT ETDİ - FOTOLAR
21:18 21 Aprel 2020
531 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyənin tanınmış aktyoru Umut Demirdelen 67 yaşında vəfat edib.

Publika.az Türkiyənin “Sabah” qəzetinə istinadən xəbər verir ki, aktyor ciyərlərindəki problemlər səbəbiylə xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Bildirilir ki, aktyorun ölüm səbəbinin koronavirusla əlaqəsi yoxdur. Həkimlər aktyoru 3 dəfə koronavirus testindən keçirib və onda “COVID-19”a rast gəlinməyib.

Qeyd edək ki, çox sayda tamaşada və filmlərdə rol alan aktyor, “Kurtlar Vadisi” serialında oynadığı rol ilə daha da məşhurlaşıb.

Anar Türkeş


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin2/311490.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR