Galaxy S20 Ultra yaşıl ekran problemi ilə gündəmdə

Galaxy S20 Ultra yaşıl ekran problemi ilə gündəmdə
21:42 21 Aprel 2020
216 Maraqlı
Ölkə mətbuatı
A- A+

Samsung-un fevral ayında təqdim etdiyi Galaxy S20 seriyası satış rəqəmləri ilə bağlı gözləntilərin altında qalsa da, seriyanın ən populyar modeli olan Galaxy S20 Ultra yaşıl ekran problemi ilə gündəmdədir.

Milli.Az ted.az-a istinadən bildirir ki, aprel yenilənməsindən sonra Exynos prosessoru olan Galaxy S20 Ultra  bəzi tətbiqlərdə qara əvəzinə yaşıl görünməyə başlayıb.

Bu problemin daimi olmadığı bildirilsə də, müəyyən fasilələrlə baş verir. Samsung tərəfindən verilən açıqlamada, bu problemin bir hardware problemi deyil, proqram səhvi olduğu vurğulanıb. Bu birbaşa əlaqəli olmasa da, Exynos prosessor modellərinin daha pis olması mənfi piar kampaniyasına dəstək verib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/843231.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR