Mirvari Fətəliyeva koronavirusdan sağaldı

Parisdəki Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva koronavirusa qalib gəlib.

Metbuaqt.az xəbər verir ki, bu barədə M.Fətəliyeva "Facebook" səhifəsində məlumat yayıb. O, xəstəlikdən sağaldığını bildirib.

"Bir aydan çox sürən Covid-19 xəstəliyini artıq geridə qoyduğum üçün hər birinizə bir daha bu çətin günlərimdə mənə göstərdiyiniz diqqət və qayğı üçün təşəkkür etmək istədim. Sizlərin mənə olan bu mənəvi dəstəyi, sevgisi bütün dəva və dərmanlardan güclü oldu. Hər birimiz üçün çətin olan bu dövrdə xalqımıza xas olan insani dəyərlərin, həmrəyliyin nə qədər mühim olduğunu bir daha anladım.

Bu virusa yoluxmuş biri kimi öz təcrübəmə əsaslanaraq onu deyə bilərəm ki, bu xəstəliyə qalib gəlmək üçün ən əsası panikaya düşməmək, qorxmamaq, immunitetinizi gücləndirmək üçün xoş əhval ruhiyyədə qalmaq ən vacib şərtlərdəndir.

Odur ki, hər birinizi dövlət tərəfindən qoyulan qayda qanunlara riyayət etməyə səsləyir və inanıram ki, tez bir zamanda birlikdə dünyanı bürüyən bu bəlaya qalib gələcək və sağlam dünyamıza qovuşacağıq", - deyə M.Fətəliyeva qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR