WhatsApp-dan daha bir yenilik

WhatsApp-dan daha bir yenilik
21:52 21 Aprel 2020
231 Maraqlı
Ölkə mətbuatı
A- A+

4-dən çox insanla qrup şəklində görüntülü və səsli danışmaq mümkün olacaq .

Feysbuk şirkətinə məxsus olan populyar WhatsApp messencerinə daha bir funksiya əlavə olunacaq.

Milli.Az ted.az-a istinadən bildirir ki, artıq WhatsApp-da qrup zənglərinə qoşulacaq şəxslərin sayı 4 nəfərdən çox olacaq.

Hazırda qruplarda həm səsli, həm də görüntülü yalnız 4 nəfər iştirak edə bilir.

Tezliklə isə bu zənglərə daha çox insan qoşula biləcək. Hələ ki, zənglərə neçə nəfərin qoşulacağı və funksiyanın nə zaman istifadəyə veriləcəyi məlum deyil.

Təxmini olaraq isə zənglərin 6-19 nəfər arası dəyişəcəyi gözlənilir.

Qeyd edək ki, funksiya WhatsApp-ın Android və iOS istifadəçilər üçün nəzərdə tutulub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/843235.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR