Elon Maska milyard dollarlıq TƏKLİF

Elon Maska milyard dollarlıq  TƏKLİF
21:57 21 Aprel 2020
188 Maraqlı
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Missuri ştatının Coplin şəhər rəhbərliyindən Tesla şirkətinin sahibi Elon Maska bir milyard dollarlıq təklif gəlib.

Milli.Az ted.az-a istinadən bildirir ki, onlar Elon Maska "Cybertruck" pikapını istehsal etmək üçün Coplində zavod tikməyi təklif ediblər.

Qeyd edək ki, milyarder mart ayının 11-də Tvitter sosial şəbəkəsində "Cybertruck" istehsalı üçün zavod tikməyə ərazi axtardığını yazmışdı.

Coplin rəhbərliyi isə tvitə cavab olaraq Maska Coplin ərazisində 1 milyardlıq ərazi və 50% endirim təklif edib.

Şəhər rəhbərliyi sahibkara dəmiryolu yaxınlığında yerləşən 442,6 hektar əraziyə 50% endirim, həmçinin 2032-ci ilədək vergi güzəşti təklif edir.

Xatırladaq ki, Tesla şirkəti "Cybertruck" pikapını ötən ilin noyabr ayından nümayiş etdirmişdi. Avtomobilin korpusu gülləkeçirməz dəmirdən hazırlanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/843239.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR