Avropa ölkəsi futbol çempionatını BƏRPA EDİR

Avropa ölkəsi futbol çempionatını BƏRPA EDİR
04:23 22 Aprel 2020
334 İdman
Ölkə mətbuatı
A- A+

Koronavirus pandemiyasına görə 26-cı turda dayandırılan Polşa çempionatı mayda bərpa olunacaq.

Publika.az xəbər verir ki, bu barədə Polşa Futbol İttifaqının rəsmi saytı məlumat yayıb. Milli çempionatın mayın 30-da yenidən davam etdirələcəyi bildirilib. Liqanın iyunun sonunda başa çatdırılacağı gözlənilir.

2-ci liqanın isə iyunun 6-da bərpa olunacağı qeyd olunub.

Mayın 27-də isə Polşa kubokunun təxirə salınmış görüşləri oynanılacaq.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/311502.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR