Türkiyənin 29 böyük şəhərində havanın çirkliliyi 32 faiz azalıb

Türkiyənin 29 böyük şəhərində havanın çirkliliyi 32 faiz azalıb
05:37 22 Aprel 2020
216 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə COVID-19 pandemiyasına qarşı aparılan qabaqlayıcı tədbirlər nəticəsində ölkənin 29 böyük şəhərində havanın çirkliliyi 32 faiz azalıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fakt Türkiyənin Ətraf Mühit və Şəhərsalma Nazirliyinin, eləcə də bələdiyyələrin hava keyfiyyətini ölçmə stansiyalarının göstəriciləri tərəfindən qeydə alınıb.

Mütəxəssislər qeyd edilən dəyişikliyi qabaqlayıcı tədbirlər çərçivəsində martın ikinci həftəsindən etibarən əhalinin böyük əksəriyyətinin vaxtlarını evdə keçirmələri və bununla bağlı olaraq ölkədə avtomobil istifadəsinin əhəmiyyətli dərəcədə azalması ilə izah edirlər.

Ölkədə hava çirkliliyinin ən çox azalması Kahramanmaraş şəhərində qeydə alınıb. Ən az ekoloji dəyişiklik isə üç faizlə İzmir, Muğla və Tekirdağ şəhərlərində qeydə alınıb.

Dünyanın ən böyük meqapolislərindən olan İstanbulda isə martın 16-dan etibarən hava çirkliliyi 11 faiz azalıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/843976.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR