''Mənim mahnımı dinləyən pərəstişkarım intihar fikrindən daşınıb'' - Məşhur müğənni

''Mənim mahnımı dinləyən pərəstişkarım intihar fikrindən daşınıb'' - Məşhur müğənni
07:32 22 Aprel 2020
227 Maraqlı
Ölkə mətbuatı
A- A+

Türkiyəli məşhur müğənni Orhan Gencebay bir mahnısı ilə bağlı xatirəsini danışıb.

Milli.Az xəbər verir ki, Orhan Gencebay Hatasız kul olmaz mahnısının xatirəsini danışıb.

''Böyük bir günah işləyən pərəstişkarlarımdan biri intihar etmək istəyirmiş. Dəniz kənarı ərazidə yaşayan həmin şəxs əvvəlcə uçurumun kənarına gedib, sonra da yaxınlıqda yerləşən kafelərin birinə. Həmin kafedə mənim ''Hatasız kul olmaz'' adlı mahnım səslənirmiş. Bu mahnını eşidən pərəstişkarım da ''Orhan bəy Hatasız kul olmaz deyirsə demək ki elədir'' deyə düşünərək intihar etmək fikrindən daşınıb. Həmin gün onun miladı olub deyə bilərəm. Daha sonra ''İntihar etməməyimin səbəbi sənsən Orhan bəy'' deyərək mənə təşəkkür məktubu göndərib''. (ölkə.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/843988.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR