2020-ci ildə Avropa İttifaqının iqtisadiyyatı 10 faiz azala bilər

2020-ci ildə Avropa İttifaqının iqtisadiyyatı 10 faiz azala bilər
07:37 22 Aprel 2020
239 Dünya
Ölkə mətbuatı
A- A+

Koronavirusun yayılması ilə bağlı böhran səbəbindən 2020-ci ildə Avropa İttifaqının iqtisadiyyatı 10 faiz geriləyə bilər.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı ölkələrinin səfirləri ilə məsləhətləşmələrdən sonra Avropa Komissiyasının nümayəndəsi bildirib.

Avropa Komissiyası fevral ayının ortalarında verdiyi sonuncu rəsmi iqtisadi proqnozunda koronavirus pandemiyasının dünya iqtisadiyyatına təsirinin cüzi olacağını, bu təsirin artıq 2020-ci ilin birinci kvartalında aradan qaldırılacağını, nəticədə Avropa İttifaqında iqtisadi artımın saxlanılacağını, lakin bunun 1,6-1,4 faiz zəifləyəcəyini iddia etmişdi. Mart ayında Avropa Komissiyası 2020-ci ildə artımın ümumdaxili məhsul həcmində 1-2,5 faizlik enişlə müşayiət olunması ssenarisini nəzərdən keçirsə də, bu rəqəmlər rəsmən təsdiqini tapmamışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/843974.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR