Qəbiləyə qatılan gənc yarasa və meymun yeməsindən DANIŞDI - FOTO

Qəbiləyə qatılan gənc yarasa və meymun yeməsindən DANIŞDI - FOTO
07:42 22 Aprel 2020
300 Maraqlı
Ölkə mətbuatı
A- A+

İndoneziyanın qərbində Mentavai qəbiləsi ilə yaşamağa başlayan norveçli Audun Amundsen öz təcrübələrindən danışıb.

Milli.Az xəbər verir ki, norveçli Audun Amundsen 24 yaşında həyatındakı ən önəmli qərarlardan birini verərək İndoneziyanın qərbində Mentavai qəbiləsi ilə birlikdə yaşamağa başlayıb. Yüksək maaşını və parlaq kariyerasını geridə qoyan Audun öz həyatından sənədli film hazırlayıb. O 2004-cü ildə bir ay, 2009-cu ildə isə 3 il müddətində həmin qəbilə ilə yaşayıb. Bu zaman dilimi ərzində o qəbilənin yazılı olmayan dilini də öyrənib. Ən çox darıxdığı isə yaşamaq üçün deyil, zövq üçün yemək yemək və modern rahatlıq olub. Audun adada qonaq olduğu müddət ərzində qəbilə şamanlarından Aman Paksanın evində yaşayıb. Audun Norveçə geri qayıdanda qəbilə haqqında film çəkmək qərarı alıb və həmin filmi ''Newtopia'' adlandırıb. O ''Daily Mail'' qəzetinə verdiyi müsahibədə ''Günəş çıxmadan əvvəl duman ağacların ətrafında olarkən artıq oyanırdıq. Günəş eyvanı isidərkən biz eyvanda əyləşərdik. Söhbət edib, isti içki içərdik. Sonra vəhşi donuzları sagu ağacı ilə bəsləyərdik. İrəliləyən saatlarda ağlımızda olan planlardan bəhs edərdik. Plan meymunları, su xərçəngini və yarasa ovlamaqdan ibarət olurdu. Günortalar istirahət edərdik. Hər kəsin evi açıq olduğu üçün bir-birinə qonaq gedərdilər'' sözlərini deyib. O indiyə kimi meşədə yaşadığı ən pis təcrübənin gözünə infeksiya düşməsi olduğunu da qeyd edib. (ölkə.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/843983.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR