Rusiyanın Zabaykalsk diyarında 785 hektar meşə yanır

Rusiyanın Zabaykalsk diyarında 785 hektar meşə yanır
08:32 22 Aprel 2020
264 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Zabaykalsk diyarında yerləşən "Tsasucheyskiy Bor" qoruğunun ərazisində 700 hektardan çox tayqa yanır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin regional təbii sərvətlər nazirliyinin mətbuat xidməti xəbər yayıb.

22 aprel səhər saatlarında Zabaykalsk diyarının ərazisində yeddi yanğın qeydə alınıb. Hazırda yanğın 785 hektar ərazidə davam edir, 4118 hektar ərazidə isə zərərsizləşdirilib.

Yanğının söndürmə əməliyyatlarına 234 yanğınsöndürən və 52 ədəd texnika cəlb olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/844046.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR