Kruiz gəmisinin 30-dan çox ekipaj üzvü koronavirusa yoluxdu

Kruiz gəmisinin 30-dan çox ekipaj üzvü koronavirusa yoluxdu
08:52 22 Aprel 2020
229 Dünya
Ölkə mətbuatı
A- A+

Yaponiyanın Naqasaki limanında dayanan "Kosta Atlantika" kruiz gəmisinin ekipajının üzvləri arasında ən az 33 koronavirus infeksiyasına yoluxma halı təsdiqləndi.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə NHK telekanalı xəbər yayıb.

Yoluxanların hamısı bir neçə gün əvvəl eyni diaqnoz qoyulmuş gəmi heyətinin üzvü ilə təmasda olublar. Ümumilikdə həkimlər 57 nəfəri müayinədən keçiriblər. Qeyd olunur ki, xəstələr yaxşı havalandırılan otaqlarda təcrid olunub.

İtaliyada qeydiyyatdan keçmiş "Kosta Atlantika"nın 623 ekipaj üzvü var. Hazırda gəmidə sərnişin yoxdur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/844050.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR