Karius "Liverpul"a qayıdacaq

Karius "Liverpul"a qayıdacaq
08:57 22 Aprel 2020
272 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyənin "Beşiktaş" klubunun alman qapıçısı Lorius Karius komanda ilə müqaviləni birtərəfli qaydada ləğv edib və oyunçu hüquqlarına sahib olan ingilis klubu "Liverpul"a qayıdacaq.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, L.Karius 2018-ci ildən "Beşiktaş"da oynayır. 2016-cı ildən indiyədək qolkiperin hüququ Almaniyanın "Mainz" klubundan keçdiyi "Liverpul"a məxsusdur.

Bildirilir ki, "Beşiktaş" futbolçuya tam maaşını ödəməyib. Klubun oyunçuya olan borcu 1,6 milyon avrodur. Müqaviləyə əsasən, qapıçıya hər mövsüm 1,5 milyon avro ödənməli idi. L.Karius Beynəlxalq Futbol Federasiyasına (FİFA) şikayət göndərib, lakin borcun ödənilməsi planından məmnun olmadığından müqaviləni ləğv etmək hüququndan istifadə edib.

"Beşiktaş"da qolkiper 67 matç keçirib və 95 qol buraxıb. "Liverpool" üğrunda isə L.Karius 49 görüş keçirib və 47 qol buraxıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/844048.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR