Koronavirusa qalib gəlməyin yeganə üsulu açıqlandı

Koronavirusa qalib gəlməyin yeganə üsulu açıqlandı
09:13 22 Aprel 2020
Ölkə mətbuatı
A- A+

Alimlərin fikrincə, yalnız kütləvi vaksinləmə üsulu ilə koronavirus pandemiyasına qalib gəlmək ola bilər.

Mütəxəssislərin bu fikrini “Science Alert” nəşri açıqlayıb.

İmmunologiya professoru Erik Vilve nəşrə bildirib ki, insan orqanizmində RNK əsaslı viruslara qarşı anticisimlərin (orqanizmə yad zülallar, bakteriyalar-red) yetərli miqdarını yığmaq üçün üç həftə tələb olunur. Anticisimlər bu halda orqanizmin müdafiəsini bir neçə aya təmin edə bilər.

Amma alim hesab edir ki, bu yalnız nəzəriyyədir. Çünki yeni koronavirus virusoloqlara və epidemioloqlara bütün yeni sürprizləri göstərir.

Virusa yoluxmuş immunitetli xəstələrin sağalmalarına baxmayaraq, koronavirusun yenidən yaranması halları da məlumdur. Buna Cənubi Koreya təcrübəsi misal ola bilər.

Virusun heç vaxt orqanizmdə “yatan” və simptomsuz, məsələn, “herpes” kimi tamamilə yox olmayaraq qalması da daha çox ehtimal ediləndir.

Bu və digər qeyri-müəyyənlikləri nəzərə alaraq, ekspertlər müəyyən müddət ərzində dünyada koronavirusa qarşı kollektiv immunitetin əmələ gələcəyini və pandemiyanın öz-özünə yox olacağını da ehtimal edirlər.

Avstraliyanın Kertin Universitetinin professoru Arçi Klements bildirib ki, hazırda koronavisula mübarizədə yeganə həll yolu vaksin istehsalıdır.

Qeyd edək ki, koronavirusdan vaksinin kliniki sınaqlarına bu ilin iyununda başlanılması planlaşdırılır.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.(Report)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sehiyye/311516.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR