Bakıda tibb bacısı dəm qazından boğulub öldü

Bakıda tibb bacısı dəm qazından boğularaq vəfat edib.

Metbuat.az apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Moskva prospekti, 62, mənzil 19-da qeydə alınıb.

Həmin ünvanda yaşayan, Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında tibb bacısı işləyən 63 yaşlı Şəhla Həsənova dəm qazından boğularaq ölüb.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR