Azərbaycanda tibb bacısı faciəvi şəkildə öldü

Azərbaycanda tibb bacısı faciəvi şəkildə öldü
11:12 22 Aprel 2020
218 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda dəm qazı daha bir faciəyə səbəb olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda baş verib. Moskva prospekti ev 62, mənzil 19-da yaşayan 1957-ci il təvəllüdlü Şəhla Həsənova yaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Xatırladaq ki, Ş. Həsənova Respublika Klinik Xəstəxanasının tibb bacısı vəzifəsində çalışıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/844104.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR