Siz Azərbaycanın ildən-ilə, gündən-günə inkişaf edib çiçəklənməsinə çalışırsınız - Lənkəran sakini

Siz Azərbaycanın ildən-ilə, gündən-günə inkişaf edib çiçəklənməsinə çalışırsınız - Lənkəran sakini
11:28 22 Aprel 2020
191 Ölkə
Ölkə mətbuatı
A- A+

Siz 16 il əvvəl Prezident seçilərkən Qurana əl basıb, and içib “Hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam” söylədiniz və öz andınıza sadiq qalaraq Azərbaycanın ildən-ilə, gündən-günə inkişaf edib çiçəklənməsinə çalışırsınız.

Publika.az Prezidentin saytına istinadla xəbər verir ki, bu barədə koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə Lənkəran rayonu sakini Saleh Cəfərovun Prezident İlham Əliyevə təşəkkür məktubunda qeyd edilib.

Saleh Cəfərovun məktubunda qeyd edilir:

"Hörmətli cənab Prezident.

Dünyanı cənginə almış COVID-19 xəstəliyinə qarşı bütün vətəndaşlarımızı öz ətrafında birləşdirərək Siz xalqımızı, o cümlədən bizi xəstəliyə qarşı mübarizəyə səfərbər etmisiniz. Mən, nəvə və nəticələrim daxil olmaqla ailəmin 75 üzvü adından Sizə dərin minnətdarlığımı bildirirəm. Bu bəladan itkisiz və üzüağ çıxmaq üçün qurban kəsib, namaz qılmaqla Allaha dualar edirəm.

Hörmətli Prezidentimiz, Siz 16 il əvvəl Prezident seçilərkən Qurana əl basıb, and içib “Hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam” söylədiniz və öz andınıza sadiq qalaraq Azərbaycanın ildən-ilə, gündən-günə inkişaf edib çiçəklənməsinə çalışırsınız. Allah Məhəmməd peyğəmbərin başı üstündə bərqərar etdiyi kölgəni Sizin və Sizin simanızda ailə üzvlərinizin başı üstündən əskik eləməsin.

Hörmətli Prezident və Mehriban xanım. Siz işdə olun, biz evdə olarıq və biz birlikdə bu bəlaya qalib gələcəyik".


Xəbərin orijinal ünvanı: https://publika.az/news/resmixronika/311534.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR