“Gelandewagen” işıq dirəyinə çırpılıb bu hala gəldi - VİDEO

“Gelandewagen” işıq dirəyinə çırpılıb bu hala gəldi - VİDEO
11:37 22 Aprel 2020
251 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Moskva şəhərində minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, insident aprelin 22-də səhər saatlarında Leninqrad prospektində qeydə alınıb. Bu barədə "RenTV" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, hərəkətdə olan "Mercedes Gelandewagen" markalı avtomobil, məlum olmayan səbəblərdən sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb. Zərbənin təsirindən "Gelandewagen"ə ciddi ziyan dəyib.

Bildirilir ki, sürücü qəzadan sonra hadisə yerindən qaçıb.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/844083.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR