“iPhone SE” modeli nə vaxt buraxılacaq?

“iPhone SE” modeli nə vaxt buraxılacaq?
12:35 22 Aprel 2020
Ölkə mətbuatı
A- A+

Bir müddət əvvəl "Apple" şirkətinin "iPhone SE Plus" smartfonunu 2021-ci ilin birinci yarısında buraxmağı planlaşdırdığını bildirən tanınmış analitik Minq-Çi Kuo bu dəfə yeni məlumatlara əsaslanaraq qurğunun buraxılışının 2021-ci ilin ikinci yarısınadək təxirə salınacağını açıqlayıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, "iPhone SE Plus" modeli nazik çərçivəli 5,5 və ya 6,1 düymlük ekran və "iPhone 11" smartfonuna oxşar dizaynla təchiz ediləcək. Bununla yanaşı, smartfona "Face ID" skaneri quraşdırılmayacaq, istifadəçilərin identifikasiyası üçün enerji düyməsinə quraşdırılan "Touch ID" daktiloskopik skaneri tətbiq ediləcək.

 

Analitik "iPhone SE Plus" modelinin təxmini qiyməti barədə məlumat təqdim etməsə də, onun "SE" seriyasına aid olması smartfonun qiymətinin şirkətin qabaqcıl qurğularının qiymətindən aşağı olacağını deməyə əsas verir.

 

Nizam Nuriyev


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-68064-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR