Gömrükçülər aztəminatlı ailələrə yardım etdi - FOTO

Gömrükçülər aztəminatlı ailələrə yardım etdi - FOTO
13:28 22 Aprel 2020
245 Ölkə
Ölkə mətbuatı
A- A+

Sumqayıt Baş Gömrük İdarəsinin əməkdaşları aztəminatlı ailələrə yardım ediblər.

Publika.az-a Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, xüsusi karantin rejimi dövründə aztəminatlı ailələrə dəstək tədbirləri çərçivəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları daha 100 ailəyə kömək göstəriblər.

Bu dəfə Sumqayıt Baş Gömrük İdarəsinin əməkdaşları aztəminatlı ailələrə və yaşı 65-dən yuxarı olan şəxslərə baş çəkərək onlara gündəlik qida məhsullarından ibarət ərzaq sovqatı paylayıb, ailələrlə profilaktik söhbətlər aparıb, xüsusi karantin rejimi dövründə evdə qalmalarını tövsiyə ediblər.

Ailələr isə öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə Dövlət Gömrük Komitəsinin kollektivinə minnətdarlıqlarını bildiriblər.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/311551.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR