Koronavirusa yoluxan azərbaycanlı hakim sağaldı

Koronavirusa yoluxan azərbaycanlı hakim sağaldı
13:32 22 Aprel 2020
350 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyənin Karabük bölgəsində koronavirusa yoluxan azərbaycanlı futbol hakimi İsa Məmmədov xəstəxanadan evə buraxılıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "İhlas" agentliyinə Türkiyə Fəal Futbol Hakimləri və Müşahidəçiləri Dərnəyinin (TFFHGD) sədri Taner Tuncer açıqlama verib.

O, Məmmədovun son iki koronavirus testinin nəticəsinin neqativ çıxdığını deyib.

Qeyd edək ki, İsa Məmmədov Karabük Universitetinin Bədən tərbiyəsi və idman fakültəsində İdman idarəçiliyi ixtisası üzrə 3-cü kursda təhsil alır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/844107.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR