Rauf Əliyev: Ermənistan Xarici İşlər nazirinin sərsəm açıqlaması

Rauf Əliyev: Ermənistan Xarici İşlər nazirinin sərsəm açıqlaması
14:05 22 Aprel 2020
279 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistanın Xarici İşlər naziri Zohrab Mnatsakanyanın 21 aprel 2020-ci il tarixdə Yerevanda keçirdiyi mətbuat konfransında Rusiyanın Xarici İçlər naziri Sergey Lavrovun Qarabağ münaqişəsinin həlli ilə bağlı açıqlamasına cavab olaraq bildirib ki, Ermənistan üçün Qarabağ məsələsinin Azərbaycana ərazi güzəştləri ilə həlli yolverilməzdir. Qeyd etmək lazımdır ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov A.M.Qorçakov adına Xalq Diplomatiyasına Dəstək Fondunun iştirakı ilə keçirilən tədbirdə çıxış edərkən BMT Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı qətnamələrinin həyata keçirilməsində ən vacib addımın, tərəflərin 2019-cu ilin aprel ayında Moskvada qəbul etdiyi sənədin imzalanması olduğunu bildirib.

"Bu sənəd mərhələli yanaşma əsasında nizamlamaya doğru irəlləməyi nəzərdə tutur, ilk mərhələdə ən aktual problemlərin həllini, Dağlıq Qarabağ ətrafındakı bir sıra rayonların azad edilməsini və nəqliyyat, iqtisadiyyat və digər əlaqələrin blokadasının aradan qaldırılmasını nəzərdə tutur", - deyə Rusiya XİN-nin rəhbəri vurğulayıb.

Ermənistan XİN-i bildirib ki, Dağlıq Qarabağ ətrafındakı ərazilər (söhbət Azərbaycanın işğal edilmiş 7 rayonundan-Ağdam, Kəlbəcər, Fizuli, Zəngilan, Oubadlı, Laçın, Cəbrayıl gedir) hər şeydən əvvəl təhlükəsizlik zonasını və müdafiə xəttini təşkil edir. Bu ərazilər geri qaytarıla bilməz. Onun sözlərinə görə, Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda prioritet olan öz müqəddəratını təyinetmə prinsipi mövcuddur. Ermənistan XİN-nin bu açıqlaması bir daha göstərir ki, uzun danışıqlar prosesinin getməsinə baxmayaraq Ermənistanın mövqeyində heç bir dəyişiklik baş verməyib, onların işğal altında olan torpaqlarımızı azad etmək fikirləri yaxdur. Ermənistan əvvəldə oduğu kimi beynəlxalq hüquq normalarını heçə sayır öz işğalçılıq müvqeyindən əl çəkmir. Ancaq bu gələcəyi olmayan, regionda sülh və əminamanlığın bərpa olunmasına qarşı aparılan bir siyasətdir.

Azərbaycan istəyir ki, Ermənistan, Dağlıq Qarabağ, Azərbaycan münaqişəsi dinc yolla, danəşıqlar yolu ilə Beynəlxalq nüquq normalarına əsasən həll edilsin. Əgər Ermənistan tərəfi buna razı olmazsa, Azərbaycan dövləti digər vasitələrdən istifadə edərək öz əzəli torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyünü bərpa edəcək.

Milli Məclisin deputatı Rauf Əliyev
Trend.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/844165.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR