​“Para” BOKT-dan 365 nəfərə ərzaq yardımı edildi

Həssas qruplara dəstək göstərən təşkilatların sırasına “Para” Bank Olmayan Kredit Təşkilatı (BOKT) ASC də qoşulub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırda evlərində sosial xidmətlərlə təmin edilən tənha yaşlı və tənha əlilliyi olan şəxslərdən 365 nəfərə “Para” BOKT tərəfindən ərzaq payları verilib. Ərzaq yardımları sosial xidmətçilərlə birgə həmin insanların evlərinə aparılaraq təqdim edilib.

Bu kimi sosial aksiyalar yaşlı nəsilə, həssas qruplardan olan insanlara diqqət və qayğının təzahürü olmaqla, cəmiyyətimizdə xeyirxahlıq ənənələrinin davam etdiyini göstərir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR