İnternetdə 700-dən çox saxta “Netflix” və “Disney” saytı aşkarlanıb

İnternetdə 700-dən çox saxta “Netflix” və “Disney” saytı aşkarlanıb
14:35 22 Aprel 2020
Ölkə mətbuatı
A- A+

Kibercinayətkarlar koronavirus pandemiyası ilə əlaqədar dünyanın əksər ölkələrində tətbiq edilən izolyasiya şəraitində “Netflix” və “Disney” kimi videoservislərin auditoriyasının artmasından sui-istifadə etməyə başlayıblar. Belə ki, “Mimecast” informasiya təhlükəsizliyi şirkətinin mütəxəssisləri tərəfindən cinayətkarlar tərəfindən hesab məlumatlarının oğurlanması üçün istifadə edilən 700-dən çox saxta “Netflix” və “Disney ” veb-saytı aşkarlanıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab.” resursuna istinadən yazır ki, tədqiqatçıların məlumatına görə, saxta avtorizə saytları bu ilin aprelin 6-12-də yaradılıb. Yeni “Disney ” servisi ötən ay Qərbi Avropa ölkələrində istifadəyə verilib və artıq bir həftə sonra onun dörd fırıldaqçı surəti yaradılıb. Onların bəzisi çox inandırıcı görünür və kredit kartı məlumatları əvəzinə pulsuz abunəlik təqdim edir. Bununla belə, dizayn və orfoqrafik səhvlərin saxta olmasını bildirən saytlar mövcuddur.

 

“Adətən bu saxta saytlar heç nədən şübhələnməyən insanları aldadaraq istifadəçilərin qiymətli məlumatlarının oğurlanması məqsədilə onlara pulsuz abunəlik təklif edirlər. Oğurlanmış məlumatlara ad, ünvan və digər fərdi məlumatlar, eləcə də maliyyə mənfəətinin əldə edilməsi üçün bank kartı məlumatları daxildir”, – “Mimecast” şirkətinin kibercinayətkarlıqla mübarizə üzrə bölməsinin rəhbəri Karl Uirn “The Guardian” nəşrinə bildirib.

 

Nizam Nuriyev


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-68072-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR