51 min nəfərlə əmək müqaviləsi bağlanıb - FOTO

51 min nəfərlə əmək müqaviləsi bağlanıb - FOTO
15:53 22 Aprel 2020
256 Ölkə
Ölkə mətbuatı
A- A+

Ödənişli ictimai işlər günümüz üçün önəmli olan dezinfeksiya işlərinin aparılması, həssas qruplara sosial xidmətlərin göstərilməsi, eləcə də abadlaşdırma, yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq və s. istiqamətlərdə təşkil olunur.

Publika.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İş Mərkəzi tərəfindən ödənişli ictimai işlərə cəlb olunan hər bir şəxslə əmək müqaviləsi bağlanılaraq elektron sistemdə qeydiyyatdan keçirilməklə rəsmiləşdirilir.

Prezident İlham Əliyevin tapşırığına əsasən, ödənişli ictimai iş yerlərinin sayının 37 mindən 90 minə çatdırılması üçün müvafiq işlər aparılır və bu iş yerlərinin sayı artıq 51 minə çatıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/311578.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR