İspaniyada "pomidor döyüşləri" təxirə salındı

İspaniyada "pomidor döyüşləri" təxirə salındı
15:57 22 Aprel 2020
253 Dünya
Ölkə mətbuatı
A- A+

İspaniyanın Bunyol şəhərində keçirilən ənənəvi "Tomatina" festivalı koronavirus pandemiyası ilə əlaqədar təxirə salınıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Valensiya əyalətinin rəhbərliyi qərar verib.

Qeyd edək ki, "Tomatina" festivalı müxtəlif qruplar arasında keçirilən "pomidor döyüşləri" ilə məşhurdur. Festival hər il avqustun sonuncu həftəsində keçirilir.

Ötən gün Almaniyada Bavariya federal torpağının hökuməti payızda nəzərdə tutulan "Oktoberfest" festivalını təxirə salmışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/844149.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR