Peyvənd vurdurmaq istəməyənlərin diqqətinə!

İngiltərədə alimlər qızılca xəstəliyinə qarşı olan peyvəndi korona virusundan qoruya biləcəyini açıqlayıblar.

Metbuat.az xəbər verir ki, tədqiqatçılar rubella virusundakı əsas zülallarla yeni növ koronavirusundakı bəzi zülallar arasında oxşarlığı aşkar ediblər. Digər tərəfdən, Avstraliyada tədqiqatçılar Covid-19-a qarşı vərəm testinə başlamağa hazırlaşırlar. Kembric Universitetinin alimləri bildiriblər ki, qızılca, qızartı və məxmərək əleyhinə tətbiq olunan peyvəndi korona virusundan qoruyucu ola bilər.

Tədqiqatçılar, həmçinin qızılca, virusundakı əsas zülalların SARS-CoV-2 olaraq bilinən Covid-19-a səbəb olan virusdakı bəzi zülallarla gözlənilməz oxşarlıq aşkar ediblər.

“Güman edirik ki, MMR Covid-19 infeksiyasındakı pis nəticələrdən qoruya bilər. Bu səbəbdən, MMR ilə riskli yaş qruplarının peyvənd edilməsinə vaxtında və təhlükəsiz müdaxilə kimi baxılmasını tövsiyə edirik. "

Bu peyvənd üç xəstəliyə qarşı təsirli bir peyvənddir. Peyvənd iki dozada qəbul edilir və bir yaşında körpələrə verilməyə başlayır və təxminən üç il ərzində təkrarlanır. Bir çox insan

1990-cı illərin və 2000-ci illərin əvvəllərində İngiltərədə doğulmuş bir çox uşağa bu peyvənd vurulmadı. Bunun səbəbi, 1998-ci ildə İngilis Doktor Andrew Wakefield, MMR peyvəndi və autizm arasında əlaqənin olduğunu iddia edərək bütün dünyaya bu xəbəri yayması oldu.

The Lancet tibb jurnalında yayımlanan bu tapıntılar valideynlər arasında narahatlığa səbəb oldu. Lancet jurnalı 2010-cu ildə Baş Tibbi Şuranın yazının səhv olduğunu tapdıqdan sonra məqaləni silib. Hal hazırda korona virus üçün 15 peyvənd namizədi var. Digər bir sınanan peyvənd bakterial ağciyər infeksiyasından qoruyan BCG (vərəm) peyvəndidir.

Peyvəndin Covid-19-dan qoruya biləcəyinə inanan tədqiqatçılar dörd ölkədə sınaq keçirməyə hazırlaşırlar. Altı ay davam edən sınaq çərçivəsində, təxminən dörd min tibb işçisi, Avstraliyadakı xəstəxanalarda BCG ilə peyvənd ediləcək.

Tədqiqatçılar bildiriblər ki, "Əvvəlcə vərəm əleyhinə hazırlanan bu peyvənd tibb işçilərinin toxunulmazlıqlarını artıraraq daha intensiv mikroblara reaksiya vermələrini hədəfləyir".

Mənbə:NTV


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR