Mixail Saakaşviliyə baş nazirin müavini vəzifəsi təklif edildi

Mixail Saakaşviliyə baş nazirin müavini vəzifəsi təklif edildi
16:05 22 Aprel 2020
299 Dünya
Ölkə mətbuatı
A- A+

"Ukrayna Prezidenti Vladimir Zelenski Gürcüstanın sabiq prezidenti Mixail Saakaşviliyə baş nazirin islahat məsələləri üzrə müavini vəzifəsinə təklif edib".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu M.Saakaşvili öz "Facebook" səhifəsində yazıb.

O, həmçinin baş nazir Denis Şmıqal ilə görüşdüyünü də deyib.

M.Saakaşvili Ukrayna Ali Radasına öz proqramını təqdim edəcəyini bildirib.

Qeyd edək ki, Mixail Saakaşvili 2015-2016-cı illərdə Ukraynanın Odessa vilayətinin qubernatoru və prezident Pyotr Poroşenkonun müşaviri işləyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/844188.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR