Səbaildə karantin rejmini pozan salon aşkarlandı

Səbail rayonunda xüsusi karantin qaydalarını pozan gözəllik salonu aşkar edilib.

Metbuat.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı Nigar Rəfibəyli küçəsində yerləşən “Pəri” gözəllik salonunun qanunsuz olaraq karantin dövründə işlədiyi məlum olub. Obyektə baxış zamanı oranın sahibi paytaxt sakini Rüfət Yusubov və daha 3 nəfər müştəri aşkar olunaraq Polis Bölməsinə gətiriliblər.

Qeyd edək ki, xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilər barədə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülüb, onlar inzibati qaydada cəzalandırılıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR