Sumqayıtda fəhlə 8-ci mərtəbədən yıxılaraq ölüb

Sumqayıtda fəhlə 8-ci mərtəbədən yıxılaraq ölüb
16:52 22 Aprel 2020
296 Ölkə
Ölkə mətbuatı
A- A+

Sumqayıtda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin bulvar ərazisində qeydə alınıb. Belə ki, ərazidə tikilən hündürmərtəbəli yaşayış binasında fəhlə işləyən Abşeron rayon sakini, 1991-ci il təvəllüdlü Qasımov Bəhruz Akif oğlu 8-ci mərtəbədən ehtiyatsızlıqdan yıxılıb. O, aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/844159.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR