Mübariz Mənsimov azadlığa çıxıb? - RƏSMİ

Mübariz Mənsimov azadlığa çıxıb? - RƏSMİ
16:53 22 Aprel 2020
475 Ölkə
Ölkə mətbuatı
A- A+

“Mübariz Mənsimovun azadlığa buraxılması, yaxud həbs qərarının ev həbsi ilə əvəz edilməsi barəbə yayılan xəbərlər əsassızdır”.

Publika.az xəbər verir ki, bunu “Palmali” Şirkətlər Qrupunun İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Fidan Quliyeva feysbuk hesabında yazıb.

O xahiş edib ki, bu həssas dönəmdə yalan xəbərlər yaymaqla insanların hissiyyatı ilə oynanmasın: “Belə uydurmalara inanıb “Palmali” şirkətinə minlərlə insan zəng edir, qərargaha gəlirlər. Etməyin belə! Vurğulayıram ki, Mənsimovla bağlı son və doğru xəbərləri yalnız buradan ala bilərsiniz. Yalan məlumatlara inanmayın”.

Qeyd edək ki, bu gün yerli mətbuatda Mənsimovun azadlığa buraxılması və cəzasının ev həbsi ilə əvəzlənməsinə dair məlumatlar yayılmışdı.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/311587.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR