Nəsibə Zeynalovanın adını daşıyan nəvəsi: "Nənəm öləndə saatımız dayandı"

Nəsibə Zeynalovanın adını daşıyan nəvəsi: "Nənəm öləndə saatımız dayandı"
17:37 22 Aprel 2020
Ölkə mətbuatı
A- A+

Mərhum Xalq artisti Nəsibə Zeynalovanın adını daşıyan nəvəsi "5/5" verilişinə açıqlama verib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, nəvə Nəsibə nənəsinin məzarını ziyarət edərkən görüntülənib. O, N.Zeynalova ilə bağlı xatirələrini bölüşüb:

"Əsl xanım, gözəl həyat yoldaşı, ana və nənə idi. Nənəm məni övladlığa götürmüşdü. Novruz bayramı ərəfəsində doğulmuşdum. Atam adımı Bahar qoymaq istəyirdi. Nənəm deyib ki, öz adımı qoyacam. İndi sənəd üzərində Cahangir mənim qardaşım gedir. Həm atam, həm qardaşımdır.

Nənəmə son günlərində mən baxırdım. Medal vermişdilər, gətirib göstərdim. Kivi yedizdirdim, otaqdan çıxdım. Yarım saat sonra vəfat etdi. Həmin dəqiqə də evimizdəki saat dayandı".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/844171.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR