"Azcloud" bulud xidmətləri fəaliyyətini davam etdirir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin “Azcloud” bulud xidmətlərinin fasiləsiz fəaliyyəti təmin olunub və mərkəz hətta xüsusi rejim müddətində belə ciddi nəzarət altında saxlanılır.

Bu barədə Metbuat.az-a Nazirlikdən bildirilib.

Məlumatda deyilir ki, Cənubi Qafqaz regionunda ISO 20000 və ISO 27001 sertifikatlarına malik ilk data mərkəzi xüsusi sınaqlardan keçirilib və Tier III standartına cavab verərək 99,982% etibarlılıq səviyyəsi ilə hazırkı dövrdə də tam gücü ilə xidmət göstərir.

"Bildiyiniz kimi, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar son həftələr ərzində dünya sürətlə rəqəmsallaşır. Ölkəmizdə də xüsusi karantin rejiminin tətbiq olunması şirkətlərin və təhsil müəssisələrinin onlayn rejimdə işə və tədrisə keçid etməsinə səbəb olub.

Belə hallarda fəaliyyəti mühüm olan obyektlər bir çox çətinliklərlə üzləşsə də, müsbət məqamlar da müşahidə olunur: İT sektorunun sürətli inkişafına zərurət yaranır, bulud xidmətlərindən istifadəyə üstünlük verilir və s. Son günlərdə həm dövlət, həm də özəl sektorun məhz bulud istifadəsinə tələbatı birə-beş artıb", - şirkətin məlumatında deyilir.

Hazırda "AzInTelecom"un əməkdaşlar iki qrupa bölünüb. Onlardan bir qrupu işinə evdən davam edirir, digər qryp isə texniki dəstək göstərən növbətçi əməkdaşlardır.

"Adi vaxtlarda belə gigiyenik normalara ciddi nəzarət olunan data mərkəzində texniki işçilərin virusa yoluxma ehtimalını minimallaşdırmaq məqsədilə xüsusi növbəli iş cədvəli yaradılıb. Növbətçi əməkdaşların bədən temperaturu yoxlandıqdan sonra onlar öz işini xüsusi geyimlərdə yerinə yetirir, bu zaman bir-biri ilə qarşılaşmır, növbə bitdikdən sonra isə otaq dezinfeksiya olunur.

Məhz telekommunikasiya sahəsində çalışan mütəxəssislərin sayəsində böyükdən kiçiyə hər kəs gündəlik işlərindən, təhsilindən qalmır və ölkə iqtisadiyyatının strateji sahələri öz qaydasında fəaliyyətini davam etdirir",, - məlumatda qeyd olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR