Murad Dadaşov onları “Xəzər”ə gətirdi

Murad Dadaşov onları “Xəzər”ə gətirdi
18:43 22 Aprel 2020
524 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti Murad Dadaşov rəhbər vəzifəyə təyin edildiyi Xəzər TV-də dəyişikliklərə davam edir.

Axşam.az xəbər verir ki, Dadaşov bu aralar kanala yeni aparıcılar cəlb etməklə məşğuldur.

Aktyor Elşən Orucovun ardından aparıcı Tural Əsədov da “Xəzər”ə gəlib. Onun maraqlı bir axşam şousu ilə efirdə görünəcəyi bildirilir.

M.Dadaşovun telekanala dəvət etdiyi digər aparıcılar isə Günay Malikqızı və Günay Novruzqızıdır. Hər iki xanım səhər proqramı ilə tamaşaçıların qarşısına çıxacaqlar.

Artıq verilişlər üçün yeni studiyalar da hazırlanıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/311596.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR