Gürcüstanda həbsdə olan 101 məhkum İrana təhvil veriləcək

Gürcüstanda həbsdə olan 101 məhkum İrana təhvil veriləcək
18:52 22 Aprel 2020
296 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstanda həbsdə olan 101 iranlı məhkum yaxın saatlarda Urmiya şəhərində rəsmi şəxslərə təhvil veriləcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, məhkumlar iki ölkə arasında məhbusların dəyişdirilməsinə dair əməkdaşlıq sazişinə uyğun olaraq İrana təhvil veriləcək.

Məlumatda qeyd olunub ki, həmin məhkumlar müxtəlif cinayətlərə görə həbs ediliblər və cəzalarının yerdə qalan hissəsini İranda çəkəcəklər.

Məlumata görə, məhkumları daşıyan təyyarə 1 saat sonra Urmiya şəhərində olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/844195.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR