"Barselona"nın futbolçusu London təmsilçisinin hədəfində

"Barselona"nın futbolçusu London təmsilçisinin hədəfində
19:17 22 Aprel 2020
494 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın yarımmüdafiəçisi Artur karyerasını İngiltərədə davam etdirə bilər.

MillişAz goal.az-a istinadən xəbər verir ki, "Tottenhem" futbolçunun xidmətində maraqlıdır.

Məlumata görə, London təmsilçisi 23 yaşlı oyunçuya hazırkı maaşından daha yüksək məbəlğ təklif edib. Kataloniya klubu Arturun komandadan ayrılmasına mane olmayacaq.

O, 2018-ci ildə Gremio-dan 31 milyon avro qarşılığında "Barselona"ya keçmişdi. Futbolçunun komandası ilə 2024-cü ilə qədər müqaviləsi var.

Qeyd edək ki, Artur cari mövsümdə Kataloniya təmsilçisində 23 matç keçirib və 4 qol vurub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/844157.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR