Afaq Bəşirqızı hardadır? - Nahidə Orucova AÇIQLADI

Əməkdar artist Nahidə Orucova həmkarı, Xalq artisti Afaq Bəşirqızı ilə bağlı yaranmış qalmaqala münasibət bildirib.

Metbuat.az xəbər verir ki, aktrisa deyib ki, bu cür məsələlərdə Afaq xanımın adını hallandırmaq vicdansızlıqdır:

“Mən Afaq xanıma sona qədər dəstəkçiyəm. Afaq xanımı yaxından tanıyan insanlar onun tərbiyəsinə, alicənablığına bələddirlər. Bilirlər ki, o, bu hərəkətlərin sahibi ola bilməz. Vaxtilə o, bir aktyor ordusuna sahib çıxdı, onlara dəstək oldu. Axı bu, məntiqə uyğun deyil. Mən onun haqqında deyilən neqativ sözlərin heç birinə inanmıram”.

Daha sonra əməkdar artist Afaq Bəşirqızının kollektivdə də çox sevildiyini vurğulayıb:

“Afaq xanım kollektivdə hamıya qarşı çox diqqətlidir. Çalışır ki, kiminsə dərdinə yansın, problemlərini həll etsin. Bunun üçün əlindən gələni əsirgəmir. Elə aktyor olub ki, hazırda dünyasını dəyişib, Afaq xanım onun üçün teatrın yeməkxanasında ehsan verib. O, elə bir insandır.”

Nahidə Orucova söhbət zamanı sosial şəbəkələrdə neqativ şərh yazanların insanlıqdan uzaq olduqlarını da bildirib:

Daha sonra əməkdar artist Afaq xanımın səhhətindən də danışıb:

“Demək olar ki, hər gün Afaq xanımla əlaqə saxlayıram, səhhəti ilə maraqlanıram. Son hadisələr ona pis təsir edib. Hazırda evdədir, heç yerə çıxmır”.

(olke.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR