Azərbaycanın əməkdar artisti dünyasını dəyişdi - FOTO

Azərbaycanın əməkdar artisti dünyasını dəyişdi - FOTO
22:03 22 Aprel 2020
145 Digər
Ölkə mətbuatı
A- A+

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının aparıcı səhnə ustası, Əməkdar artist Mansur Mansurov vəfat edib.

Publika.az xəbər verir ki, M.Mansurov bu gün uzun sürən xəstəlikdən sonra 76 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Mansur Əbdül oğlu Mansurov 13 avqust 1944-cü ildə Bakı şəhərində doğulub.

1970-ci ildən ömrünün sonuna qədər Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında çalışıb. Uzun müddət teatrın səhnə ustası olub.

2012-ci ildə əməkdar artist fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/311615.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR