Meksika 19 neft yatağında hasilatı dayandırır

Meksika 19 neft yatağında hasilatı dayandırır
22:12 22 Aprel 2020
335 Dünya
Ölkə mətbuatı
A- A+

"Meksika neft qiymətlərinin kəskin ucuzlaşması ilə əlaqədar 19 neft yatağında hasilatı dayandırmağa hazırlaşır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Andres Manuel Lopes Obrador deyib.

O bildirib ki, həmin yataqlarda hasilat ötən il başlayıb. Hazırda 19 yataqda ümumilikdə 200 quyu işləyir.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar tələbatın kəskin azalması neftin rekord həddə ucuzlaşmasına səbəb olub. Bir neçə gün əvvəl WTI markalı neftin qiyməti -40 dollaradək enmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/844248.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR