Biblioterapiya özünəinamın yüksəldilməsinə motivasiyayönümlü dəstək verir

Biblioterapiya özünəinamın yüksəldilməsinə motivasiyayönümlü dəstək verir
23:42 22 Aprel 2020
245 Maraqlı
Ölkə mətbuatı
A- A+

Kitabların faydası, mütaliənin əhəmiyyəti çox böyükdür. Kitablar dünyagörüşünü, intellektual səviyyəni və danışıq qabiliyyətini inkişaf etdirir, yaddaşı gücləndirir. Psixologiyada kitabla müalicə biblioterapiya adlanır. Vaxtilə Romada kitab oxumağın insanın psixi sağlamlığının normada qalması üçün çox faydalı olduğunu deyirdilər. Son vaxtlar koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə aparıldığı günlərdə evdə qalanların əsas məşğuliyyətlərindən biri də kitab oxumaqdır. Lakin həmin məşğuliyyət və müalicə düzgün tətbiq edilməlidir, çünki yanlış seçilən kitab xeyirdən çox zərərə səbəb ola bilər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin baş müəllimi Çimnaz Qafarova deyib: "Biblioterapiya zamanı istifadə edilən kitab mütaliə edənə səmərə və qazanc verməlidir. Bəzən biblioterapiyada metaforalardan istifadə edilir. Kitablardan götürülən mövzular, misal və hadisələr müsbət mənada təsir göstərməlidir. Həmin müalicə üsulu özünəinamın yüksəldilməsində, bacarığın artırılmasında motivasiyayönümlü dəstək verən terapiya növüdür".

Psixoloqun dediyinə görə, biblioterapiya zamanı istifadə olunan texnika yaşa görə dəyişir: "Kitab seçərkən yanlış seçim, xüsusilə uşaq və yeniyetmələrə mənfi təsir göstərə bilər. Mütaliə edən kitabda bəhs olunan mövzuya elə daxil ola bilər ki, öz şəxsiyyətini kənara qoyub oxuduqları kitabdakı həmin obrazın həyatını yaşamağa başlayar. Onun hərəkətlərini təlqin edə bilər və bu da bir sıra neqativ fəsadlara aparıb çıxarar. Ona görə də kitab seçərkən diqqətli olmaq və oxunacaq kitabın yaşa, xarakterə və konkret vəziyyətə uyğunluğunu nəzərə almaq lazımdır. Yalnız düzgün seçilən kitab oxucuya fayda verə, necə deyərlər, ruhun qidasına çevrilə bilər".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/844247.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR