"COVID-19"un siqaretlə bağlantısı üzə çıxdı - Həkimləri heyrətləndirən nəticə

"COVID-19"un siqaretlə bağlantısı üzə çıxdı - Həkimləri heyrətləndirən nəticə
07:33 23 Aprel 2020
Ölkə mətbuatı
A- A+

Fransada aparılan araşdırmaya görə, siqaret çəkənlərin yeni növ koronavirusa yoluxma ehtimalı daha azdır.

Publika.az “euronews”ə istinadən xəbər verir ki, Parisin “Pitie Salpetriere” xəstəxanasında aparılan araşdırmaya görə, siqaretin tərkibindəki nikotin maddəsi koronavirusa qarşı mübarizədə təsirli vasitədir. Bildirilir ki, testə 480 koronavirus xəstəsi cəlb edilib. Onlardan 95 faizinin siqaret çəkmədiyi məlum olub. Bu da, koronavirusun siqaret çəkməyən şəxslərə daha tez yoluxduğunu göstərir.

Qeyd edək ki, bundan əvvəl ABŞ və Çin alimləri də oxşar iddialar səsləndirmişdi.

Anar Türkeş


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sehiyye/311631.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR