Masallıda 9 yaşlı uşağın QEYRİ-ADİ ÖLÜMÜ - Qəbiristanlıqda oynayarkən...

Masallıda 9 yaşlı uşağın QEYRİ-ADİ ÖLÜMÜ - Qəbiristanlıqda oynayarkən...
09:53 23 Aprel 2020
311 Ölkə
Ölkə mətbuatı
A- A+

Masallı rayonunda bədbəxt hadisə baş verib.

Publika.az xəbər verir ki, ötən gün rayonun Şıxlar kəndində 2011-ci il təvəllüdlü Səmədov Əhəd Rizvan oğlu yaşadığı evin yaxınlığında yerləşən qəbiristanlıqda oynayarkən qəbir daşı aşaraq onun üzərinə düşüb. Ə.Səmədov hadisə yerində ölüb.

Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib.

Faktla bağlı Masallı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/311640.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR