Bakıda aptekə silahlı basqın edildi

Bakıda aptekə silahlı basqın edildi
10:05 23 Aprel 2020
287 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda aptekə basqın edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisindəki "Vita" aptekdə qeydə alınıb. 

Naməlum şəxs əlində silahəbənzər əşya ilə aptekə daxil olaraq, orada çalışan şəhər sakini, 1988-ci il təvəllüdlü Esmira İbadovanı hədələyib, kassadan 700 manatı götürüb və hadisə yerindən qaçıb. 

Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsilə cinayət işi başlanıb, hadisəni törətməkdə şübhəli bilinən şəxsin tapılması barədə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/844348.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR