Afaq Bəşirqızı hardadır? - Nahidə Orucova açıqladı

Afaq Bəşirqızı hardadır? - Nahidə Orucova açıqladı
10:47 23 Aprel 2020
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Nahidə Orucova həmkarı, Xalq artisti Afaq Bəşirqızı ilə bağlı yaranmış qalmaqala münasibət bildirib.

Aktrisa ölkə.az-ın əməkdaşı ilə söhbətində deyib ki, bu cür məsələlərdə Afaq xanımın adını hallandırmaq vicdansızlıqdır.

"Mən Afaq xanıma sona qədər dəstəkçiyəm. Afaq xanımı yaxından tanıyan insanlar onun tərbiyəsinə, alicənablığına bələddirlər. Bilirlər ki, o, bu hərəkətlərin sahibi ola bilməz. Vaxtilə o, bir aktyor ordusuna sahib çıxdı, onlara dəstək oldu. Axı bu, məntiqə uyğun deyil. Mən onun haqqında deyilən neqativ sözlərin heç birinə inanmıram".

Daha sonra əməkdar artist Afaq Bəşirqızının kollektivdə də çox sevildiyini  vurğulayıb.

"Afaq xanım kollektivdə hamıya qarşı çox diqqətlidir. Çalışır ki, kiminsə dərdinə yansın, problemlərini həll etsin. Bunun üçün əlindən gələni əsirgəmir. Elə aktyor olub dünyasın dəyişib, Afaq xanım onun üçün teatrın yeməkxanasında ehsan verib. O, elə bir insandır."

Orucova söhbət zamanı sosial şəbəkələrdə neqativ şərh yazanların insanlıqdan uzaq olduqlarını da bildirib. 
"Bizdə adətdir, biri bir nəfərin arxasınca pis söz yazır, hamı ona qoşulur, bildilər-bilmədilər başlayırlar tənqid etməyə. Hətta təhqir edirlər, insanlar elə bil vəhşiləşiblər. Sanki insanlıqlarını itiriblər. Bir insanın üzərinə bu qədər getmək olmaz. Unutmaq olmaz ki, yaradıcı insanlar çox duyğusal olurlar.

Aktyorların işi çox çətindir, onlara dəstək olmaqdansa hərə bir zərbə vurur. Başa düşmürlər ki, öz pis fikirləri, sözləri ilə insanın ürəyinə sağalmaz yara vururlar. Bir insana bu qədər ləkə yaxmaq olmaz. Mən o insanları qınayıram ki, işlərini atıb oturub kimlərinsə ünvanına təhqir yazırlar, kiminsə həyatına müdaxilə edirlər. Ayıb olsun sizə! Üstəlik, Afaq xanım o yaşda deyil ki, ona şər atasan, o da fikir verməsin. Bu dəqiqə ona deyilən hər bir neqativ söz onun sağlamlığında dərin iz buraxır. Buna qarşı diqqətli olmaq lazımdır", - qeydini edib.

Daha sonra əməkdar artist Afaq xanımın səhhətindən də danışıb.

"Demək olar ki, hər gün Afaq xanımla əlaqə saxlayıram, səhhəti ilə maraqlanıram. Son hadisələr ona pis təsir edib. Hazırda evdədir, heç yerə çıxmır".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/844328.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR