“StopCovid” mobil əlavəsinin hazırlanması gecikir

“StopCovid” mobil əlavəsinin hazırlanması gecikir
11:35 23 Aprel 2020
Ölkə mətbuatı
A- A+

Fransa hökuməti "Apple" şirkətindən koronavirus infeksiyasının (COVID-19) yayılmasının izlənilməsi üçün "StopCovid" mobil əlavəsinin hazırlanmasına mane olan bir sıra texniki məhdudiyyətləri aradan qaldırmağaı xahiş edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "SecurityLab" resursuna istinadən yazır ki, "Bloomberg" nəşrinin məlumatına görə, proqram mayın 11-dək istifadəyə verilməlidir. Çünki həmin vaxt hökumət martın ortalarında vətəndaşların hərəkətinə tətbiq edilən qadağanı aradan qaldırmaq niyyətindədir. Lakin proqramın hazırlanması zamanı "Bluetooth" mühafizəsi üçün quraşdırılmış funksiyalardan birinə görə yubanmalar baş verib. O, "iPhone" smartfonundan məlumatların ötürülməsi zamanı rabitə protokolunun daimi işini fon rejimində dayandırır.

 

Fransa hökumətinin "StopCovid" mobil əlavəsi indiyədək sirr olaraq saxlanılıb, ictimaiyyət ətraflı məlumatlandırılmayıb. Hazırda əlavənin yüklənilmə və quraşdırılmasının könüllülük əsasında həyata keçiriləcəyi məlumdur.

 

Fransanın rəqəmli məsələlər üzrə dövlət katibi Sedrik Onun sözlərinə görə, hökumət "Apple" şirkəti ilə danışıqlar aparsa da, indiyədək irəliləyişə nail olunmayıb.

 

Nizam Nuriyev


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-68097-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR